• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Azərbaycanın iki şirkəti Rusiyaya süd məhsulları tədarükündə maraqlı deyil
CƏMİYYƏT
09 Iyul 2025 | 17:18

Azərbaycanın iki şirkəti Rusiyaya süd məhsulları tədarükündə maraqlı deyil

Azərbaycan şirkətləri "ALLBUY" MMC və "MILK PRODUCTS" MMC Rusiyaya süd məhsulları tədarükündə maraqlı olmadıqlarını bəyan ediblər.

Bu barədə Bakıvaxtı.az-a "Rosselxoznadzor"un məlumatına istinadən xəbər verir.

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib ki, süd məhsulları (kərə yağı və pendirlər) istehsal edən "ALLBUY" MMC və süd məhsullarının (kərə yağı) istehsalı və emalı ilə məşğul olan "MILK PRODUCTS" MMC öz məhsullarını gələcəkdə Rusiyaya tədarük etməkdə maraqlı deyillər", - məlumatda qeyd edilib.

Qurumun məlumatına görə, bu bəyanat "Rosselxoznadzor" tərəfindən Azərbaycanın səlahiyyətli qurumuna yaxın zamanda məhsullarını Rusiya alıcılarına göndərən 5 süd məhsulları istehsalı müəssisəsində yoxlama keçirmək niyyəti barədə məlumat göndərildikdən sonra verilib.

Azərbaycan müəssisələrinin yoxlamaları qəbul etməkdən imtina etməsi ilə əlaqədar olaraq, "Rosselxoznadzor" 11 iyul tarixindən bu iki Azərbaycan istehsalçısının bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edib.


SON XƏBƏRLƏR