• Bakı 12° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Sabiq lisey direktoruna hökm oxundu
CƏMİYYƏT
05 Dekabr 2025 | 18:25

Sabiq lisey direktoruna hökm oxundu

Qazax Peşə liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, 2023-cü ilin iyul ayında Xudaverdiyev Xudaverdi Səməd oğlu rəhbərlik etdiyi liseydə aparılan audit yoxlama zamanı ciddi pozuntular aşkarlandığına vəzifəsindən kənarlaşdırılıb.

    Ona Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

     


    SON XƏBƏRLƏR