• Bakı 25° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Samuxda yol qəzası - Ata və oğlu xəsarət aldı
HADİSƏ
16 Avqust 2026 | 23:05

Samuxda yol qəzası - Ata və oğlu xəsarət aldı

Samuxda yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

İlkin məkumata görə, sürücü qarşısına çıxan maneədən qorunmaq məqsədilə idarəetməni itirib və VAZ 2107 markalı avtomobil qəza törədib.

Nəticədə 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Avqust 2026
15 Avqust 2026