• Bakı 16° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Sərvəti bir həftə ərzində 37,3 milyard dollar artdı
DÜNYA
01 May 2024 | 04:13

Sərvəti bir həftə ərzində 37,3 milyard dollar artdı

Amerikalı milyarder İlon Maks aprelin son həftəsində sərvətini 37,3 milyard dollar artırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu rəqəmlər son iki ilin ən böyük həftəlik gəliridir.

Maskın aprelin 29-da gəliri “Tesla” səhmlərinin 13%-dən çox artması səbəbindən 18,5 milyard dollar artıb.

Qeyd edək ki, hazırda sahibkar sərvətinə görə üçüncü yerdədir. İkinci yerdə “Amazon”nun qurucusu Ceff Bezos qərarlaşıb. Birinci sırada isə “LVMH Moet Hennessy Louis Vuitton” şirkətinin rəhbəri Bernard Arnaultdur.(Qafqazinfo)


SON XƏBƏRLƏR