Türkiyə Superliqası təmsilçisi "Antalyaspor" baş məşqçisi Erol Bulutla yollarını ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda son olaraq Superliqanın XVI turunda doğma meydanda "Qalatasaray"a 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, "Antalyaspor" turnir cədvəlində 15 xalla 15-ci pillədə qərarlaşıb. Erol Bulut komandaya bu il baş məşqçi təyin olunmuşdu.
Bakı 












