• Bakı 28° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Yuxarı Qarabağ kanalında meyit tapılıb - YENİLƏNİB
HADİSƏ
09 Iyul 2025 | 09:51

Yuxarı Qarabağ kanalında meyit tapılıb - YENİLƏNİB

İtkin kimi axtarılan şəxsin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, 04.07.2025 tarixindən Yevlax rayonunun Malbinəsi kəndi ərazisində itkin düşmüş kimi axtarılan Səxavət Novruz oğlu Abdullayevin meyiti Yuxarı Qarabağ kanalından tapılıb.

    Kanalın Yevlax rayon Kövər kəndi ərazisindən keçən hissəsində tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır

    ***

    09:39

    Yuxarı Qarabağ kanalında meyiti aşkarlanan şəxsin kimliyi məlum olub.

    Bakıvaxtı.az xəbər verir ki, ötən gün Yuxarı Qarabağ kanalında meyidi aşkarlanan şəxs Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Abdulayev Səxavət Novruz oğludur.

    Qeyd edək ki, S.Abdullayev bir müddət öncə itkin düşmüş kimi qeydə alınıb.

    Onun cəsədi ətrafdan keçən şəxslər tərəfindən aşkar edilərək hüquq - müdafizə orqanlarına məlumat verilib


    SON XƏBƏRLƏR