• Bakı 18° C

    9.41 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Zelenski mayın 15-də Türkiyəyə gələcəkmi? - Ankaradan açıqlama
DÜNYA
12 May 2025 | 00:44

Zelenski mayın 15-də Türkiyəyə gələcəkmi? - Ankaradan açıqlama

Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfər planı haqqında məlumatlara sahib deyilik.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının məlumatında deyilir.

Türkiyə tərəfi Zelenskinin 15 may cümə axşamı günü ölkəyə planlaşdırılan səfəri haqqında heç bir məlumat alınmadığını bildirib.

Qeyd edək ki, daha əvvəl Zelenski Rusiya Prezidenti Vladimir Putinlə İstanbulda şəxsən görüşməyə hazır olduğunu yazıb.

Öz növbəsində, Putin Ukrayna tərəfinə 15 mayda Türkiyənin İstanbul şəhərində ilkin şərtlər olmadan birbaşa danışıqlara başlamağı təklif etmişdi.


SON XƏBƏRLƏR

14 May 2025