• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ Ukraynaya növbəti hərbi yardım ayıracaq

DÜNYA

08 Sentyabr 2022 | 16:04

ABŞ Ukraynaya növbəti hərbi yardım ayıracaq

ABŞ Ukrayna və qonşuluğundakı dövlətlərə 2 milyard dollardan çox hərbi yardım paketi ayıracaq.

Bakıvaxtı.az “Associated press”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Məlumata görə, o, Ukraynanın dövlət məmurları ilə görüşdə deyib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası Ukraynaya və onun 18 qonşusuna, o cümlədən NATO ölkələri və regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşlarına uzunmüddətli hərbi yardım təqdim edilməsi haqqında konqresə müraciət edib.

Bildirilib ki, xarici dövlətlərə hərbi maliyyə yardım proqarmı çərçivəsində Ukraynaya bir milyard dollar ayrılacaq. Digər 1 milyard dollar vəsait qalanı isə Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Gürcüstan, Yunanıstan, Kosovo, Latviya, Litva, Moldova, Monteneqro, Şimali Makedoniya, Poşa, Rumıniya, Slovakiya və Sloveniya arasında bölüşdürüləcək.

Qeyd edək ki, Entoni Blinken sentyabrın 8-də elan edilmədən Kiyevə səfər edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026