• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

AFFA futzal məşqçisinə ağır cəza VERDİ

İDMAN

18 Mart 2024 | 18:17

AFFA futzal məşqçisinə ağır cəza VERDİ

AFFA İntizam Komitəsi futzal üzrə I Liqa komandası “Bakı”nın məşqçisi Namiq İbrahimovu cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, 17-ci turda PFL ilə görüşdə hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alan mütəxəssis meydanı tərk edərkən hakimlər və yarış təşkilatçılarının ünvanına davamlı olaraq təhqiredici ifadələr işlədib.

Bu, onun 5 oyunluq diskvalifikasiya edilməsi ilə nəticələnib.

Həmin liqanın “Metropoliten” – “Dalğa” oyunu isə birincilərin təyin edilən vaxtda meydanda olmaması ucbatından baş tutmayıb. Bu, “Metropoliten”in 0:5 hesablı texniki məğlubiyyət almasına yol açıb.


SON XƏBƏRLƏR