• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Albaniyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

SİYASƏT

14 Aprel 2022 | 19:49 | Müəllif: Subhan Mahmudov

Albaniyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama aprelin 14-də Şəhidlər xiyabanını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Albaniyanın Baş naziri Edi Ramaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026