• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ən asan arıqlama üsulu: Çay dietası

CƏMİYYƏT

18 Iyul 2023 | 11:41

Ən asan arıqlama üsulu: Çay dietası

Pəhriz proqramları və ağır dietlərlə arıqlamağa çalışanlar daha asan bir yolun olub-olmadığını araşdırırlar. Arıqlamaq üçün istehlak edilən asan qida vasitələrindən biri də çaydır.

Bakıvaxtı.az xarici KİV-ə istinadən alimlərin qısa müddətdə arıqlamaq üçün verdiyi çay reseptlərini təqdim edir.

Verilən məlumata görə, sağlam arıqlama üsulları arasında yer alan təbii detoks məhsulları, bitki çayları ilə arıqlamaq çox asandır. Bitki çaylarının müntəzəm istifadəsi ilə arıqlama prosesi həm sürətlənir, həm də asanlaşır. Bitki çayları ilə arıqlamaq istəyənlər üçün ən asan arıqlama çaylarını aşağıdakılardır:

Darçınlı çay: Limon dilimləri ilə darçın saplarını qaynadıb əldə edəcəyiniz bu çaydan 1 stəkan içsəniz asanlıqla arıqlaya bilərsiniz.

Darçınlı çay bədən istiliyini artırır. bu, bədəninizin temperaturu sabitləşdirmək üçün daha çox enerji sərf etməsinə səbəb olur. Eyni zamanda qan şəkərini tarazlaşdıraraq iştahı azaldan darçınlı çayla qısa müddətdə arıqlaya bilərsiniz.

Ağ çay: Son illərin məşhur çaylarından biri olan ağ çayı da qara çay kimi dəmləyərək istehlak edə bilərsiniz.

Ağ çay orqanizmdə yağların udulmasını azaldır və orqanizmdə yığılan yağ miqdarının müntəzəm azalması müşahidə edilir. Naharda 2 stəkan ağ çay içməklə qısa müddətdə arıqlaya bilərsiniz.

Zəncəfil çayı: Zəncəfil çayı hazırlamaq üçün zəncəfil kökünü kiçik parçalara ayırın və çaydanda 1 stəkan su ilə qaynadın. Təxminən 5 dəqiqə qaynadıqdan sonra limonu sıxıb bal əlavə edərək içə bilərsiniz.

Zəncəfil çayı həzmi asanlaşdıran çaydır. O, həmçinin maddələr mübadiləsini sürətləndirir və kilo vermə prosesini dəstəkləyir.

Cəfəri çayı: Cəfəri saplarını iki və ya 3 hissəyə kəsin və çaydanda qaynadın. Cəfəri çayınız təxminən 6-7 dəqiqəyə hazır olacaq. Cəfəri çayı yandırılan kaloriləri artıran və yağların yandırılmasını sürətləndirən çaydır.

Yaşıl tərəvəzlər kimi cəfəri də sağlam lifləri ilə həzm sistemini tənzimləyir. Bu sayədə daha asan arıqlamağa başlayacaqsınız.

Qaragilə çayı: Həm dadlı, həm də sağlam olan qaragilə çayı hazırlamaq üçün qaragilələri doğrayıb suda qaynadın. Qaynayan qaragilə çayını ocaqdan götürüb 2-3 dəqiqə dincəlir. Sonra zövqünüzə limon əlavə edib içə bilərsiniz.

Qaragilə çayı qan şəkərini balanslaşdırır və aclıq hissini keçir. Bu xüsusiyyəti ilə yeməkdən 1 saat əvvəl içilən qaragilə çayı daha az yemək və daha sürətli arıqlamağınıza imkan verir.

Qeyd edək ki, hər hansı vasitə ilə arıqlamağa başlamazdan öncə həkim müayinəsindən keçməyiniz tövsiyə olunur.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026