• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avropa Komissiyası Ukraynaya 1 milyard avro ayırmağı təklif edir

DÜNYA

01 Iyul 2022 | 20:13 | Müəllif: Subhan Mahmudov

Avropa Komissiyası Ukraynaya 1 milyard avro ayırmağı təklif edir

Avropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində təcili makromaliyyə yardımının birinci hissəsinin ayrılmasını təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə bildirib.

"Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək", - Avropa Komissiyasının rəhbəri deyib.

O, qeyd edib ki, Avropa İttifaqı Ukraynaya yardımı davam etdirəcək və uzunmüddətli perspektivdə onun bərpasına dəstək verəcək.

Bundan əvvəl Avropa Komissiyasının Ukraynaya doqquz milyarda qədər makromaliyyə yardımı göstərməyə hazırlaşdığı bildirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026