• Bakı 20° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib

SİYASƏT

17 Sentyabr 2025 | 11:14

Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı bu barədə "X"də yazıb.

"Prezident Donald Tramp, təşəkkür edirəm, "TruthSocial" hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm",-Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır:

"Dostluğumuzu yüksək dəyərləndirirəm".


SON XƏBƏRLƏR

16 Sentyabr 2025