• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azərbaycanda "Qəhrəman ana" statusu bərpa edilə bilər

CƏMİYYƏT

21 Noyabr 2023 | 15:25

Azərbaycanda "Qəhrəman ana" statusu bərpa edilə bilər

“Bu gün həm deputatları, həm də cəmiyyəti narahat edən məsələ pensiya yaşıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 21 noyabr tarixli iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bir hissə pensiya yaşının qaldırılmasından, bir hissə isə aşağı olmasından şikayətlənir. Onun sözlərinə görə, məsələn, elm adamları, müəllimlər və s. düşünür ki, insan 65 yaşında daha təcrübəli olur, o yaşda pensiyaya çıxmamalıdır: “Bir hissə də var ki, özəl sektorda işləyir və ya işləmir pensiya yaşını gözləyir ki, çıxsın. Neçə faizin pensiya yaşının aşağı və ya yuxarı olmasından şikayətləndiyi statistik olaraq çıxarılsa, yaxşı olar”.

S.Novruzov qeyd edib ki, əvvəllər bizdə "Qəhrəman ana" statusu var idi. Onun fikrincə, bu statun bərpası üçün uşaqların sayını azaldıb 7-8 etmək olar: “Yəni 7-8 uşağı olan "Qəhrəman ana" statusu alsın, o uşaqları sağlam böyütmək böyük işdir”.

Bundan başqa, deputat hesab edir ki, sosial müavinət alınanların siyahısı çıxsa, yaxşı olar: “Hər bir millət vəkilinə siyahı verilsə, kimin sosial müavinat aldığını dəqiq bilərik”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026