• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olundu

SİYASƏT

30 May 2022 | 00:46 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olundu

İstanbulun Beykoz şəhərində Azərbaycan Respublikasının Müstəqilliyinin 104-cü ildönümü münasibətilə tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) təşkil etdiyi bayram proqramı torpaqlarımız uğrunda canlarını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

İSTAD-ın baş katibi Metin Yıldırım Azərbaycan xalqının müstəqillik uğrunda apardığı milli mübarizədən danışaraq, bu mübarizə yolunun digər Türk cümhuriyyətlərinə nümunə olduğunu bildirib.

Tədbir iştirakçılarını salamlayan İSTAD prezidenti Sefer Karakoyunlu Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib: "Azərbaycan Resbublikası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti kimi qurulub və Şərqin ilk Türk Cümhuriyyətidir. Lakin 1920-ci ildə Azərbaycan yenidən ruslar tərəfindən işğal edildi. 1990-cı il yanvarın 20-də rus ordusu müstəqillik tələb edən xalqın üzərinə yeridi. 137 vətəndaşımız vəhşicəsinə qətlə yetirildi. Bu vəhşilik qarşısında Azərbaycan türkləri gücləndi, milli birlik və həmrəylik ən yüksək səviyyəyə çatdırıldı və 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini elan etdi".

Onun sözlərinə görə, bu müstəqillik region xalqlarına örnək oldu və digər xalqların da müstəqilliklərini elan etməsi ilə SSRİ dağıldı: "Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə də Türkiyə Cümhuriyyətidir. Türkiyə ilə Azərbaycanın qardaşlığı və həmrəyliyi əsrlərə gedib çıxır. Bu qardaşlıq bu gün olduğu kimi gələcəkdə də ən yüksək səviyyədə davam edəcək. 104 il əvvəl Azərbaycanın təməlini qoyan və bu yolda şəhid olan soydaşlarımızı rəhmətlə anırıq. Türkiyə-Azərbaycan qardaşlığının və həmrəyliyinin sonsuza qədər davam etməsini diləyirik”.

Proqramda iştirak edən Azərbaycanın İstanbuldakı konsulu Cavid Ələkbərov Türkiyə-Azərbaycan həmrəyliyindən danışaraq, Türkiyənin tarix boyu Azərbaycanın yanında olduğunu, xüsusilə torpaqlarımızın bütövlüyü uğrunda apardığı mübarizə hər zaman dəstək olduğunu vurğulayıb:. Konsul Türkiyə-Azərbaycan dostluğunun sonsuza qədər davam edəcəyinə ümid etdiyini deyib.

Tədbirdə TADEF-in sədr müavini Pərviz Məmmədzadə və Dünya Iğdır Dərnəkləri Federasiyasının prezidenti A.Hadi Akmuğan Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik ediblər.

Bayram tədbirində qeyri-hökumət təşkilatlarının təmsilçiləri, mətbuat nümayəndələri, siyasi partiyaların üzvləri iştirak ediblər.

Tədbir bayram konserti ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR