• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Badam bağlarında meyit qalıqları aşkarlandı

HADİSƏ

20 Dekabr 2022 | 11:24

Badam bağlarında meyit qalıqları aşkarlandı

Dekabrın 19-u saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində “AzBadam” şirkətinə məxsus badam bağlarında traktorla qazıntı işləri aparılarkən 1 metr dərinlikdə sellofan torbaya bükülmüş vəziyyətdə şəxsiyyəti müəyyən edilməyən qadın cinsli çürümüş meyitin qalıqları aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq qaydada nümunələr götürülərək ekspertizaya təqdim edilmişdir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026