• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bafetimbi Qomis "Qalatasaray"dan gedir

İDMAN

27 Mart 2023 | 15:52

Bafetimbi Qomis "Qalatasaray"dan gedir

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Bafetimbi Qomislə yollarını ayıracaq.

Bakıvaxtı.az  "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 38 yaşlı hücumçunun müqaviləsini uzatmayacaq.

"Sarı-qarmızılar" fransalı oyunçuya yaşı çox olduğu üçün yeni sözləşmə təklif etməyəcək.

Qeyd edək ki, 2022-ci ildə "Qalatasaray"a qayıdan Bafetimbi Qomis 2017/2018 mövsümündə komanda ilə Türkiyə çempionu olub. Müqaviləsi mövsümün sonunda başa çatacaq forvard ötən gün "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri xeyriyyə matçında fərqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR