“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Minvod reysi üzrə hərəkət etməli olan təyyarənin gecikmə səbəbi məlum olub.
AZAL-ın mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, gecikmə texniki səbəblərə görə olub:
“Bakı-Minvod reysi üzrə uçuş böyük təyyarə ilə planlaşdırılmışdı. Texniki səbəblərə görə bu, baş vermədi. Qərara alındı ki, iki ayrı təyyarə ilə uçuş həyata keçirilsin. Qərara uyğun olaraq sərnişinlərin hava nəqliyyatı ilə daşınması təşkil edilib”,-deyə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəməniski bildirib.
Ramid İbrahimov