• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Bakıda uşaq evindən qaçan qız tapıldı - YENİLƏNİB

HADİSƏ

16 Aprel 2024 | 16:45

Bakıda uşaq evindən qaçan qız tapıldı - YENİLƏNİB

Bakıda uşaq evində intihara cəhd olub.

Bakıvaxtı.az xəbər verir ki, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində yaşayan 16 yaşlı M.Ağayeva (şərti) qollarına kəsici alətlə xəsarətlər yetirib. O, daha sonra müəssisəni tərk edib.

DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, yeniyetmə qız artıq tapılıb: “Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qalan, 16 yaşlı qız M.A-nın oradan qaçması və özünə xəsarət yetirməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan M.A Binə qəsəbəsində tapılıb və uşaq evinə qaytarılıb. İlkin müayinə zamanı, onun qol nahiyəsində xəsarətlər aşkar edilib. Araşdırmalar davam etdirilir”.

***

15:03

Xəbər verdiyimiz kimi, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində intihara cəhd hadisəsi qeydə alınıb. Belə ki, 16 yaşlı qız M.A. (ad şərtidir) qollarını doğrayıb.

Bakıvaxtı.az hadisə ilə bağlı sözügedən uşaq evi ilə əlaqə saxlayıb. 

Uşaq evindən saytımıza bildirilib ki, M.A. uşaq evinə bu yaxınlarda yerləşdirilib. Onun daha öncələr də bir sıra psixoloji problemləri olub:

“Təcili yardım ona kömək etməyə gələndə M.A. ərazidən qaçdı. Lakin sonradan bizimlə əlaqə saxlayıb yerini dedi. Artıq polisə məlumat vermişik. Hazırda lazimi tədbirlər görülür” .

Günəş Mərd

***

14:58

Bakıda uşaq evində intihara cəhd olub.

Bakıvaxtı.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Orada qalan, 16 yaşlı qız M.A. (ad şərtidir) qollarını doğrayıb.

Uşaq evinin rəhbərliyi dərhal yeniyetməyə ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb.

Təcili yardım briqadası və polis uşaq evinə gələndə yeniyetmə qız oradan qaçıb.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.


SON XƏBƏRLƏR

29 Aprel 2024