• Bakı 13° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Bu il qrip və soyuqdəymə niyə daha ağır keçir?

CƏMİYYƏT

15 Dekabr 2022 | 16:19

Bu il qrip və soyuqdəymə niyə daha ağır keçir?

Son vaxtlar xüsusilə uşaqlarda superinfeksiya tez-tez müşahidə olunur.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Yalova Universiteti rektorunun müavini və Tibb Fakültəsi Dekanı Prof. Dr. Vefik Arıca xəbərdarlıq edib.

O, cari dövrdə xüsusilə qrip və soyuqdəymə kimi virus infeksiyaları səbəbiylə uşaqlarda superinfeksiyaların çox olduğunu bildirib.

Arıca superinfeksiyanın qrip və soyuqdəymə keçmədən əvvəl bakterial infeksiyanın əlavə olunduğu və xəstəliyin ağır şəkildə keçdiyi bir vəziyyət olduğunu açıqlayıb: “Belə uşaqlarla çox diqqətli olmalıyıq. Xüsusilə ailələri xəbərdar etməliyik. Məktəbdə müəllimlər müvafiq xəbərdarlıq etməlidirlər. Əgər infeksiya əlaməti varsa, uşaq ən azı 4-5 gün evdə dincəlməli, məktəbə getməməlidir. Əgər problemi, yüksək hərarəti, tənəffüs çətinliyi varsa, mütləq həkimə və ya təcili yardıma müraciət etməlidir. Bu dövrlərdə uşaqlar çox güclü qrip və soyuqdəymə ilə qarşılaşa bilərlər. Xüsusilə əzələ ağrıları, halsızlıq, qusma şikayətləri ötən illə müqayisədə artıb”.

Arıca bu il uşaqların qrip və soyuqdəymə xəstəliyinə tutulmasının səbəbi haqqında da məlumat verib. Onun sözlərinə görə, dünyada son 2 ildə bu xəstəliklər çox az olub: “Çünki maska taxmışıq. Orqanizm son 2 ildə qrip və soyuqdəyməni unudub. İmmunitet sistemi bunu unudduğu üçün bu il xüsusilə uşaqlarda və böyüklərdə qrip və soyuqdəymə infeksiyaları yaşayırıq”.

Aytac Aslan


SON XƏBƏRLƏR

28 Mart 2024