• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti ARTIRILDI

Gündəm

16 Aprel 2024 | 11:57

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti ARTIRILDI

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti iyulun 1-dək uzadılıb.


    SON XƏBƏRLƏR

    29 Aprel 2024