Cənubi Koreyanın Konstitusiya Məhkəməsi bu gün ölkənin prezidenti Yun Seok Yeolun impiçmentini yekdilliklə təsdiq edərək, onu dekabr ayında qısamüddətli hərbi vəziyyətin tətbiqinə görə vəzifəsindən kənarlaşdırıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, televiziya ilə canlı yayımlanan hökm dərhal qüvvəyə minib.
Konstitusiya Məhkəməsi 60 gün ərzində ölkənin yeni prezidentini seçmək üçün növbədənkənar seçkilərinin keçirilməsini təklif edib. Seçkilərin iyunun 3-də baş tutacağı gözlənilir.
Müxalifətin çoxluqda olduğu Cənubi Koreya parlamenti ötən il dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq edən, bir neçə saat sonra isə bu vəziyyəti ləğv edən prezident Yun Seok Yeola impiçment elan etmişdi.