• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Cinayətkarları "Torqovı"dakı evində gizlətdiyi iddia edilən trans DANIŞDI - VİDEO

CƏMİYYƏT

06 Mart 2023 | 14:23

Cinayətkarları "Torqovı"dakı evində gizlətdiyi iddia edilən trans DANIŞDI - VİDEO

Xəbər verdiyimiz  kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri  Ruhlan İsmayılov  Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

Əməliyyat tədbiri zamanı o, polisə silahlı müqavimət göstərən zaman məhv edilib.

Dünən sosial mediada yayılan məlumata görə hadisəni tərədən şəxslərin Sahra ləqəbli cinsi azlıq nümayəndəsi,Transgender qadının evində gizlənməsi  iddia edilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə bu səbəbdən Sahra adlı transseksualın da həbs edildiyi iddia edilib.

 "Sahra" bildirib ki, yayılan informasiyanın heç bir əsası yoxdur.

"Hadisə mən yaşayan evin yaxınlığında baş verib.Amma mənim o şəxslərlə heç bir tanışlığım,əlaqəm olmayıb.Mən hazırda evimdəyəm", deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR