• Bakı 23° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

"Crocus City"də terrorla bağlı cinayət işi məhkəməyə göndərilib

DÜNYA

01 Iyul 2025 | 12:42

Crocus Citydə terrorla bağlı cinayət işi məhkəməyə göndərilib

Rusiyanın Baş Prokurorluğu "Crocus City"də baş verən hadisə ilə bağlı cinayət işini məhkəməyə göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a istintaqda müdafiəçi qismində iştirak edən vəkillərdən biri məlumat verib.

    Xatırladaq ki, “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı 18 nəfəri həbs edib.

    Hadisə ilə bağlı "terror aktı", “terror aktına hazırlıq", "terror təşkilatının fəaliyyətində iştirak", habelə "silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi" maddələri ilə bir neçə cinayət işi açılıb.

    İş üzrə təqsirləndirilən şəxslər İŞİD-in Əfqanıstan qanadına aid “Vilayəti Xorasan” təşkilatının fəaliyyətində iştirakda ittiham olunurlar.

    Qeyd edək ki, “Crocus City Hall”da terror aktı 22 mart 2024-cü ildə Moskva vaxtı ilə təxminən 20:00-da baş verib. Hücum kütləvi atışma və partlayışlarla müşayiət olunub. Hücum edənlər konsert salonunda dinc insanlara atəş açıb, zalı yandırıb, sonra isə binanı tərk edərək avtomobillə qaçıblar. Hücum nəticəsində 6-sı uşaq olmaqla 145 nəfər həyatını itirib, 551 nəfər isə yaralanıb. Partlayışlar və yanğın nəticəsində konsert zalının binası demək olar ki, tamamilə dağılıb.


    SON XƏBƏRLƏR