• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Dənizdən meyiti tapılan şəxs tələbə imiş... - FOTO

HADİSƏ

01 Iyul 2025 | 12:46

Dənizdən meyiti tapılan şəxs tələbə imiş... - FOTO

İyunun 29-da Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdən meyiti tapılan şəxs Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi imiş.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyiti tapılan şəxsin akademiyanın tələbəsi 18 yaşlı Abbas İsmayılov olması müəyyən edilib.

O, ADDA-da "gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının II kurs tələbəsi olub.

A.İsmayılovun hansı şəraitdə və nə vaxt dənizə düşərək ölməsi hələlik məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR