• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Dağıstanda magistral qaz kəməri partladı - VİDEO

DÜNYA

09 Iyun 2026 | 23:14

Dağıstanda magistral qaz kəməri partladı - VİDEO

Dağıstanın Kızılyurt rayonunda magistral qaz kəmərində güclü partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dağıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Bavtuqay və Gelbax kəndləri arasında yerləşən Mozdok–Qazıməmməd magistral qaz kəmərində baş verən partlayışdan sonra 15 metr hündürlüyündə yanğın yaranıb. Hadisə nəticəsində 100-dən çox sakin təxliyə edilib.

İlkin məlumata əsasən, diametri 1200 millimetr olan qaz kəmərində üç partlayış qeydə alınıb. Ölən və yaralanan yoxdur.

Qəzanın aradan qaldırılması üçün əraziyə 25 nəfər şəxsi heyət və yeddi texnika cəlb olunub. Qaz kəmərinin bir neçə on kilometrlik hissəsində nəql müvəqqəti dayandırılıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026