“Dərmanların ekspertizası aparılmalıdır. Əvvəllər xəstələr bir-iki qutu ilə müalicə olunurdusa, indi 4-5 qutu dərman belə kifayət etmir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Etibar Əliyev Milli Məclisin bugünklü iclasında bildirib.
Onun sözlərinə görə, dərmanların keyfiyyəti ilə bağlı ciddi şübhələr var:
"Bəzi dərmanları isə aptekdə tapa bilmirik. Əczaçıların da bir sözü var: “Depoda yoxdur”".
Deputat qeyd edib ki, keyfiyyətli dərmanlara əlçatanlıq problemi həll olunmalıdır.
Ramid İbrahimov













jpg-1683725686.webp)


