• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

DİN dumanlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ ETDİ

CƏMİYYƏT

28 Noyabr 2022 | 07:07 | Müəllif: Qalib İbrahimoğlu

DİN dumanlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ ETDİ

"Bu gün səhər saatlarında duman ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil y ollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var".

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin  xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tələb olunur. 

"Piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar", - deyə Elşab Hacıyev bidirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026