• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Divara lentlə yapışdırılan banan satıldı - DODAQUÇUQLADAN QİYMƏT

DÜNYA

21 Noyabr 2024 | 08:54

Divara lentlə yapışdırılan banan satıldı - DODAQUÇUQLADAN QİYMƏT

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə yapışdırılmış banan çərşənbə günü 6,2 milyon dollara satılıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə “Sotheby's" hərrac evinin “X” sosial şəbəkəsində səhifəsində məlumat verilib.

"Dünyanın ən sensasiyalı bananı indicə 6,2 milyon dollara satılıb", - paylaşımda deyilir.

“Komediyaçı” instalyasiyasının təxmini dəyəri 1-1,5 milyon dollar arasında müəyyən edilib. Nəticədə lot Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.

"Mən indicə banan aldığımı elan etməkdən həyəcanlıyam", - Castin San “X”də yazıb. "Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq", - o əlavə edib./report


SON XƏBƏRLƏR

18 Aprel 2025