Bildiyimiz kimi, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası, yəni bakalavriat təhsil pilləsini bitirən şəxslər üçün dövlət imtahanı və diplom işinin müdafiəsi ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq sərəncam ötən il imzalanıb.
Lakin Bakı Slavyan Universitetinin tələbəsindən redaksiyamıza daxil olan şikayətdə bildirilib ki, akademik borclar səbəbindən 5-ci tədris ilində təhsil alan şəxsdsən bütün "kəsir"lərini bağlamağına rəğmən, ondan yekun dövlət imtahanında iştirak etmək tələb edilib. O, bu addımın düzgün yanaşma olmadığını iddia edib.
Məsələ ilə bağlı Universitetin mətbuat xidmətinə müraciət etdik.
Sabina Hüseynzadə: Bu qərar 2020-ci ildə universitetə qəbul olan şəxslərə şamil edilir
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq ali təhsil ocağının baş mütəxəssisi Sabina Hüseynzadə bildirib ki, bu qərar 2020-ci ildən etibarən ali təhsil almağa başlayan tələbələrə şamil edilir:
"Sualınıza cavab olaraq bildiririk ki, 2020-ci il qəbul planı əsasında ali təhsil müəssisələrinə qəbul olan tələbələr dövlət imtahanından və diplom müdafiəsindən azad olunublar",- deyə mətndə qeyd edilib.
Əli Hüseynov