• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əfqanıstanın keçmiş vitse-prezidenti Saleh qaçıb?

DÜNYA

06 Sentyabr 2021 | 14:25

Əfqanıstanın keçmiş vitse-prezidenti Saleh qaçıb?

Əfqanıstanın prezident səlahiyyətlərini icra edən Əmrullah Saleh Pəncşirdən Tacikistana gedib.

Bakıvaxtı.az xəbər verir ki, Əl-Cəzirə telekanalı keçmiş aparat rəhbərliyində olan mənbəyə istinadən məlumat yayıb.

Salehin Tacikistana qaçması barədə həm "Al Arabiya", həm də "Əfqanıstan İnternational" xəbər verir. Məlumatı Sputnik Tacikistan da təsdiqləyib. Siyasətçinin Tacikistanda dəqiq yeri hələlik məlum deyil.

Ancaq sonradan Salehnin bu məlumatı təkzib etdən video müraciəti olub. O, Pəncşirdə olduğunu və qaçması ilə bağlı xəbərlərin düşmən təbliğatı olduğunu bildirib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR