• Bakı 13° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Erməni hərbçinin təxribatı, Azərbaycan əsgərinin dəmir səbri... - VİDEO

GÜNDƏM

17 Mart 2025 | 23:17

Erməni hərbçinin təxribatı, Azərbaycan əsgərinin dəmir səbri... - VİDEO

Cəmi bir həftə əvvəl AB missiyasının rəhbəri və “dürbin diplomatiyası” ustası Markus Ritter erməni jurnalistlərə işinin “çətin şərtlərindən” şikayət edib. “Azərbaycanlılar bizi nəinki öz tərəflərindən lentə alırlar, hətta bəzən qışqırırlar” deyə Ritter gileylənib. O, təbii ki, ifadəsini təsdiq edəcək heç bir sübut təqdim etməyib. Bu, yeri gəlmişkən, təbiidir. Ritter şərti Ermənistan-Azərbaycan sərhədinə heç də həqiqəti dünyaya çatdırmaq üçün getməyib. Onun funksiyası tamam başqadır - Ermənistan tərəfdən təxribat xarakterli heç nəyi, o cümlədən Azərbaycan mövqelərinin atəşə tutulmasını “görməmək”. O “xatırlamır” ki, Avropa Birliyinin məhz bu missiyasının sərhəddə olması Azərbaycanla razılaşdırılmayıb. Onun özünəməxsus eşitmə qabiliyyəti və görmə ilə bağlı böyük problemləri var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Caliber.az-ın yaydığı məqalədə bildirilib.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə olan nümayəndələrinin nizamnaməyə uyğun deyil, yumşaq desək, özlərini necə apardığını göstərən təkzibolunmaz sübutlar, o cümlədən foto və video görüntülər var.

Belə ki, erməni hərbçilərdən biri nalayiq ifadələr işlədərək, təxribat xarakterli hərəkətlər edərək, provokativ davranış nümayiş etdirib. Üstəlik, o, bunu məhz şərti Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının olmasını gözləyərək edir.

Azərbaycan hərbçiləri peşəkarlıq nümayiş etdirərək təxribatlara boyun əymir və düşmənin bu psixoloji oyunlarına hələ də əhəmiyyət vermir.

"Amma istənilən səbrin sonu gələ bilər. Bəs onda necə olacaq? Aİ missionerləri ilə xor oxumağa qoşulan erməni tərəfi Azərbaycanı “vəziyyəti gərginləşdirməkdə” ittiham edəcəkmi? Əgər erməni təxribatçılarının planı belədirsə, o zaman onların nəzərinə sadə bir şeyi çatdırırıq: sizin bütün gedişləriniz hesablanıb.

Hadisələrin sonrakı inkişafının günahı erməni tərəfinin üzərinə düşəcək. Bundan sonra Ermənistan tərəfinin təxribata nə üçün yol verməsinin - ER silahlı qüvvələrinin sıralarında nizam-intizamla bağlı dəhşətli vəziyyətə görə və ya bunun ilkin primitiv plan olub-olmaması artıq xüsusi əhəmiyyət kəsb etməyəcək. Və AB missiyasının müşahidəçiləri Nikol Kidman və Tom Kruzun baş rollarda çəkildiyi məşhur Stenli Kubrikin filminin başlığına tamamilə uyğun gələn davranışları dayandırmalıdırlar. Erməni təxribatları davam edərsə, məsuliyyət onların üzərinə düşəcək”, - deyə məqalədə qeyd olunur. 

 

 


SON XƏBƏRLƏR

17 Mart 2025