“Xınanı aparıcı çəkmir. Xınanı oğlan tərəfindən başı bütöv, övladlarından yarıyan adam yaxır. Yəni, bizim yaşımız çatmaz ki, xınanı yaxaq”.
Bakıvaxtı.az xəbər verir ki, rəqqasə Fatimə Fətəliyeva bu barədə “Maqazin plus” verilişində danışıb.
Rəqqasə Fatimə Fətəliyeva şairə Nazilə Səfərlinin xına yaxmaqla bağlı verdiyi açıqlamaya da fikir bildirib:“Nazilə Səfərli deyir ki, Fatimə məndən də cavandı. Ona görə də deyirəm ki, əzizim, başı bütöv, övladlarından yarıyan nə deməkdir? Ay balam, 80 yaşı, 60 yaşı yoxdur ki? (Nazilə Səfərlini nəzərdə tutur – red.) Normalda 50 yaşlı, ailəsindən yarıyan adam onu yaxır. Axı, ömür boyu xına davası edir. Vallah, mən xına davası edən deyiləm. O edirsə, istəyir başına yaxsın, istəyir əlinə ”.
Ziyafət Əlisoy
















