• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Fernandu Santuş: “Azərbaycan millisinin əsas problemi aqressivliyin çatmamasıdır”

MÜSAHİBƏ

24 Mart 2025 | 18:20

Fernandu Santuş: “Azərbaycan millisinin əsas problemi aqressivliyin çatmamasıdır”

"Yaratdığımız epizodları qola çevirsək, daha yaxşı ola bilərik".

Bakıvaxtı.az xəbər verir ki, görüşdən öncə Azərbaycan milli komandasının portuqaliyalı baş məşqçisi Fernandu Santuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Səbuhi Abdullazadənin mətbuat konfransında iştirak etməsi sabahki oyunda şans verəcəyiniz anlamına gəlir?

- ⁠Elvin Cəfərquliyevdən başqa hamısı sabah şans qazana bilər. Səbuhi də onlardan biri olaraq oynaya bilər. Bəzi oyunçulara istirahət verəcəyik, bəziləri meydana çıxacaq. Ard-arda iki oyuna çıxmaq asan deyil. Ramazan ayıdır, oyunçular oruc tutur. Buna da hörmətlə yanaşırıq. Bilirik ki, asan deyil. Bu məqamları nəzərə alaraq sabahki oyunda dəyişikliklər edəcəyik. Daha güclü, aqressiv çıxış etməliyik. Müdafiədə daha inamlı çıxış etməliyuk. Buraxdığımız qollar çox sadədir. Vacibdir ki, sabahki oyunda qol vuraq. Ötən oyunda rəqib qapısında təhlükəli vəzəiyyətlər yaratsaq da, onları qola çevirə bilmədik. Çalışacağıq hücumda daha düzgün oynayaq və qol vuraq. Müdafiədə daha inamlı çıxış etməliyik, çünki hər oyun çox səhvlər edirik. Belə səhvlərlə inkişaf edə bilmərik. Hücumda hər oyun çox epizodlar yaradırıq.

- ⁠Futbol mütəxəssisi olaraq, qələbə qazanmadan millinin baş məşqçisi olmaq necə hisdit? Ümumiyyətlə, ⁹qələbə üçün nə qədər gözləməliyik?

- ⁠Hər oyunda imkanlar olur ki, qələbə qazanaq. Hamılıqla inanmalıyıq ki, qələbə gələcək. İnanıram ki, sabahki oyunda bu olacaq. Nəyi səhv etmişiksə, onun üzərində işləməliyik. Futbol mütəxəaaiai olaraq deyə bilərəm ki, müdafiədə inamlı olub, hücumda yaratdığımız epiozdları qola çevirməliyik.

- ⁠Azərbaycan millisi daha müdafiə futbolu oynayırsa, buna uyğun rotaaiyalar edibmi?

- ⁠Hələ son qərar verilməyib. Oyunçuların son durumunu bilməliyik. Çünki məşqdə hər şey baş verə bilər. Ümumi götürdükdə son məşqdə qərar verəcəyik ki, sabah kim oynayacaq. Futbolçularımızdan daha inamlı və əzmkar olmağı istəyəcəyik. Sabah nə isə yenilik etməliyik.

- ⁠Ötən oyun “bu gün komanda meydana məğlub olmağa çıxmışdı” deməyiniz emosianallıqla bağlı idi, yoxsa indi də eyni fikirdəsiniz?

- ⁠Hazırki durumda belə açıqlama verməmişəm. Mənim fikrim o idi ki, meydana çıxdıq və məğlub olmağa başladıq. Sonra dedim ki, komanda birinci hissədə reaksiya verdi, amma qol buraxdı. İkinci hissədə qol buraxdı və təslim oldu. Oyunçularda hər zaman qələbə ruhu olmalıdır. Futbolçularda belə hiss var ki, qol buraxan kimi ruhdan düşürlər, bu da mental olan şeydir.

- ⁠Şahruddinin performansının zəif olduğunu nəzərə alaraq Rza Cəfərova şans verəcəksiniz?

- ⁠ Bu gün heyğtlə bağlı açıqlama verməyəcəyəm. Məşqdən sonra deyə bilərəm. Düşündüyümü deyəcəm. Sual verəndə aşağı-yuxarı eyni sualı verirsiniz. Etdiyiniz analizlərin hamısı fərdi təhlildir. Amma heç vact komanda olaraq danışmırsınız. Bu, kollektiv idman növüdür. Udanda da, uduzanda da komanda olaraq edirik. Bunu futbolçular da belə düşünməlidir. Hamı, kollektiv olaraq düşünmək lazımdır, yol budur.

- ⁠Rəqiblər bəllidir. Qrupda yaxşı mübarizə, mübariz oyun görəcəyikmi?

- ⁠Bu barədə şərh verməyəcəyəm. Bir neçə ay var. Sabah vacib oyunumuz olacaq. Bu suallarınıza cavab verəcəyəm.

- ⁠Siz hər oyundan sonra mental məsələdən şikayətlənirsiniz. Düməli, hələ də bunu düzəldə bilməmisinzi. Bəs sonu necə olacaq?

- ⁠Hələ 6 oyundur buradayam. Heç bir il deyil. Ümid edirəm ki, qısa zamanda bu problemi aradan qaldıracağam. Hər bir oyunçu ilə individual, həm də komanda şəklində danışıram. Oyunçununun özündən də çox şey asılıdır. Mən, köməkçilərim, siz jurnalistlər və azarkeşlər bir olub bu problemi aradan qaldırmalıyıq. Mənim futbolda böyük təcrübəm var. Oyunçu da hərrərəfli dəstək görməlidir. Bu olmayanda qorxaraq qərar verir. Səhv etmək insana xas bir şeydir. Səhv edibsə, öldürməməliyik. Mən də səhv etmişəm. Əsas odur dəstəkləmək lazımdır. Tənqid etməkdənsə yanında olmaq lazımdır. Yaxşı davam etməsə də, onları dəstəkləyək. Övladlarımız səhv edəndə də onların yanında olmalıyıq.

- ⁠Azərbaycan millisinin hazırki oyununu komanda oyunu adlandırmaq olarmı? Siz bura gələndən nəyi dəyişmisiniz?

- ⁠Xeyr. Azərbaycan millisi kollektiv şəklində zəif oynayır. Müdafiə cəhətdən çox zəifik. Müdafiəçilər və ya qapıçıları nəzərdə tutmuram. Çox bəsit qollar buraxırıq. Azərbaycan millisinin əsas problemi aqressivliyin çatmamasıdır. Müdafiəyə çəkilsək də, istək çatmır. Bura gələndən eyni sözü deyirəm.Hücumda bəzi şeyləri yaxşı edə bilirik. Yaratdığımız epizodları qola çevirsək, daha yaxşı ola bilərik. İnanın ki, bir məşq buna həsr olunmuşdu. Ondan öncəki gün sırf müdafiəyə yönəlmişdik.


SON XƏBƏRLƏR

25 Mart 2025