• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransa üçün ən məqbul yol Azərbaycana sataşmamaqdır, əks halda...

GÜNDƏM

12 Yanvar 2024 | 15:34 | Müəllif: Qalib İbrahimoğlu

Fransa üçün ən məqbul yol Azərbaycana sataşmamaqdır, əks halda...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Fransanın qərəzli mövqeyindən də danışıb.

Dövlət başçısı vurğulayıb ki, bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq: "Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar”.

İlham Əliyev deyib ki, bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”.

Deputat Azər Badamov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın 44 gündə möhtəşən Zəfərə imza atması dünyanın dərin siyasi qatlarını yerindən tərpətdi.

Deputat vurğulayıb ki, onlar Azərbaycanın belə bir qələbəyə imza atacağına inanmırdılar: "Məkrli dairələr baş verən hadisələri müzakirə edənə qədər Azərbaycan öz tarixi misiyasını başa çatdırmış oldu. Zəfərimizi həzm edə bilməyən dairələrdən biri də Fransadır. Vətən müharibəsi zamanı Fransa prezidenti Emanuel Makron Azərbaycan prezidentinə ən çox zəng edən dövlət rəhbərlərindən biri idi. Müharibədən sonra da Fransa BMT və Avropa İttifaqında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etdirməyə çalışmışdı. Lakin Azərbaycanın dostları Fransanın çirkin niyyətlərini həyata keçirməsinə imkan vermədi. Məsələlər gündəlikdən çıxarıldı”.

Onun sözlərinə görə, ardınca Fransanın təqdimatı ilə Avropa Parlamentndə, Fransanın Milli Konqresində və Senatında Azərbaycana qarşı heç bir dəyəri olmayan kağız parçaları qəbul edildi:  “Amma dövlət başçımızı öz mövqeyindən heç nə çəkindirmədi. Ötən ilin 23 aprelində Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsini yaratdıq və sentyabrın 20-də Qarabağda erməni separatçılığın kökünü kəsərək bütün ərazilərimizdə suverənlik bərpa edildi. Fransa bu gün də Zəfərimizi həzm edə bilmir. Ona görə özlərinin sınıq-salxaq "Bastion" zirehli maşınlarını göndərməklə Ermənistanı yenidən silalandırmağa çalışırlar. Azərbaycan artıq yeni bir dövrün başlanğıcını qoyub. Bu dövr Azərbaycan Ordusunun daha da güclənəcəyi, müdafiə sənayesinin daha da inkişaf edəcəyi və xarici təhdidlərə qarşı daha güclənəyimiz dövrdür. Ölkə başçısının qeyd etdiyi kimi Fransanın və digərlərinin Ermənistana verdiyi silahlar ölkəmizə qarşı təhlükə yaradarsa, harada yerləşməsindən asılı olmayaraq, hamısı məhv ediləcək. Bunu Ermənistan, Fransa və onun digər havadarları birmənalı şəkildə bilməlidir".

Azər Badamov, millət vəkili

Müsahibimiz qeyd edib ki, dövlət başçısı gördüyümüz bütün işləri əvvəlcə açıq şəkildə bildirir, mesajları verir və qarşı tərəfin nəticə çıxarmasını gözləyir: "Amma nəticə çıxarmasalar və ölkəmizə qarşı yenidən təhlükə mənbəyinə çevrilsələr, ağır şəkildə məhv olunacaqlar. Dövlət başçımızın müsahibəsini Ermənistan və ermənipərəstlərin çox diqqətlə analiz edəcəyini və nəticə çıxaracağını hesab edirəm. Azərbaycan hər ötən gün daha da güclənir. Fransanın köhnə hərbi texnikaları ilə Ermənistan Azərbaycanla heç vaxt güc dilində danışa bilməz. Nəinki Ermənistan, Fransanın özünün də buna cəsarəti çatmaz. Çünki Fransanın tarixi çox çirkin işlərlə zəngindir. Əlcəzairdə nüvə sınaqlarının keçirilməsi, 1,5 milyon əlcəzairlinin qətlə yetirilməsi, dənizaşırı ölkələri müstəmləkəçilkdə saxlamağı və digər məsələlər Fransanın qanlı və insanlığa xas olmayan tarixidir. Azərbaycan Fransanın müstəmləkəçiliyində olan ölkələrdə də canlanma yaradır, fransızların çirkin əməllərini ifşa edir. Bu gün Fransanın müstəmləkəçiliyində olan ölkələr artıq oyanıblar. Azərbaycan bu istiqamətdə öz təşəbbüslərini davam etdirəcək. Fransa üçün ən məqbul yol Azərbaycana sataşmamaqdır, əks halda onların başı çox ağrıyacaq".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026