• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Hakan Fidan Şuşadadır

CƏMİYYƏT

10 Oktyabr 2023 | 12:27

Hakan Fidan Şuşadadır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak etməkdir.

H.Fidan hazırda Şuşadadır.

Qeyd edək ki, iclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026