"Hollandiya hakimiyyəti Kiyev üçün təhlükəsizlik zəmanəti olaraq hərbi kontingentinin Ukraynaya yerləşdirilməsi ehtimalını istisna etmir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krallığın xarici işlər naziri vəzifəsini icra edən David van Vil bildirib.
O, WNL televiziya proqramında aparıcının Ukraynadakı potensial hərbi missiyada Hollandiya hərbçilərinin iştirakı ehtimalı ilə bağlı sualına cavab olaraq deyib: "Bəli, bu, qarşıdakı həftələrdə müzakirə mövzusu olacaq".
O, Haaqa Məhkəməsinin Kiyev üçün hərbi təhlükəsizlik zəmanətlərində israr etdiyini vurğulayıb: "Bunlar əsasən hərbi tədbirlərdir. Onların necə tətbiq olunacağı, qoşunların harada yerləşdiriləcəyi və ayrı-ayrı ölkələrin töhfəsinin nə olacağı hələ də işlənilir".
Zeynəb Rzayeva
Bakı 



