• Bakı C

    14.31 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

İmsakda şəkər yeməkdən çəkinmək lazımdır

CƏMİYYƏT

19 Mart 2025 | 15:14

İmsakda şəkər yeməkdən çəkinmək lazımdır

"Orqanizmi enerji ilə təmin edənlər zülal, yağ və şəkərdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, bunlardan ən sağlamı zülal, daha az sağlamı yağ, ən zərərlisi isə şəkərdir.

"İmsakda şəkər yeməkdən çəkinmək lazımdır. 2 yumurta, yulaf, kəsmik, meyvə qurusu, qoz, badam, fındıq, zülal əsaslı qidalanma, az miqdarda yağ qəbul etmək tövsiyə olunandır".

Mina Mikayılova


SON XƏBƏRLƏR