• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İranın birinci vitse-prezidenti İrəvana səfərə gedib

DÜNYA

01 Oktyabr 2024 | 10:07

İranın birinci vitse-prezidenti İrəvana səfərə gedib

İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif oktyabrın 1-də İrəvana səfərə gedib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Tasnim” informasiya agentliyi yayıb.

Bildirilib ki, səfər Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə reallaşır.

M.Arif İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumət başçılarının iclasında xüsusi qonaq kimi iştirak edəcək.

Birinci vitse-prezident səfər çərçivəsində Avrasiya İqtisadi İttifaqının toplantısında çıxış edəcə, vəzi ölkələrin hökumət başçıları ilə görüşəcək.

Səfər bir gün sürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR