• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

İranın Zəngəzur QORXUSU: Tehran dəhlizin açılmasını niyə istəmir?

SİYASƏT

12 Avqust 2025 | 09:57

İranın Zəngəzur QORXUSU: Tehran dəhlizin açılmasını niyə istəmir?

"İran rəhbərliyinin məqsədini və yeritdiyi siyasətin mahiyyətini keçmiş XİN rəhbəri, hazırda dini rəhbərin müşaviri olan Əli Əkbər Vilayəti açıq şəkildə ifadə etdi".

Bu sözləri siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, ABŞ-nin məqsədi qısa müddətdə Zəngəzur dəhlizinin açılmasına investisiya qoymaq, dəmiryolunu, avtomobil yolunu işə salmaq və təhlükəsiz hərəkəti təmin etməkdir:

"İrandakı bəzi dairələr iddia edirlər ki, Azərbaycana bu dəhliz lazım deyil, çünki İran ərazisindən keçib Naxçıvana gedə bilərlər. Azərbaycana nəyin lazım olub-olmadığını İran rəsmiləri müəyyənləşdirir? Bu təfəkkürlə İran rəhbərliyi, rəsmilər hara gedirlər? Görün, hansı vəziyyətdir ki, ABŞ-ni, Donald Trampı hədələyirlər. Dəhlizə nəzarət edəcək təhlükəsizlik əməkdaşlarını "muzdlular" adlandırır və bölgənin onlara məzar olacağını deyirlər. Əlsində, bu təhdid və yanaşma İran rejiminin əsl mahiyyətidir. İrana rəhbərlik edən şəxslərin hansı təfəkkürə malik olmasının parlaq görüntüsüdür".

Abutalıb Səmədov: Əlsində, bu təhdid və yanaşma İran rejiminin əsl mahiyyətidir

Həmsöhbətimiz vurğulayıb ki, əgər İran rejimi İrəvanın müstəqilliyini istəsəydi, Paşinyanın qərarlarına bu şəkildə etiraz etməzdi:

"İran ABŞ-ni, Azərbaycanı hədələyir. Zəngəzur dəhlizinə mane olacağını deyir. Biz İranın "möhtəşəm" hərbi gücünün dəfələrlə şahidi olmuşuq. İran prezidenti Məsud Pezeşkianın həmin dairələrə əks mövqedə olması maraqlıdır. Pezeşkian bu məsələnin şişirdilməməsini istəyir və dolayı yolla İrana dəxli olmadığını vurğulayır. Pezeşkian anlayır ki, bu qərarı vermək Ermənistanın öz suveren hüququdur. Buna müdaxilə etmək yolverilməzdir. Necə olur ki, hər açıqlamada Ermənistanın suverenliyini özünün "qırmızı xətti" görən İran indi İrəvanın müstəqil siyasətini gücləndirəcək addımlarını qəbul etmir. Bu, absurd yanaşmadır".

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Avqust 2025