İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək.
Bakıvaxtı.az bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat əldə edib.
"Bu gündən etibarən avqust ayının 15-dək Azərbaycanda kənd təsərrüfatının növbəti siyahıyaalınması keçiriləcək. On ildən bir aparılan siyahıyaalma ilə ölkə tarixində ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilər də əhatə olunacaq", - məlumatda qeyd edilib.