• Bakı C

    0.51 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Mingəçevirdə dəm qazından zəhərlənənlərin son durumu - YENİLƏNİB

HADİSƏ

05 Fevral 2026 | 11:15

Mingəçevirdə dəm qazından zəhərlənənlərin son durumu - YENİLƏNİB

Bu gün saat 05:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (3 qadın, 1 kişi) hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

09:39

Mingəçevirdə ana və üç övladı dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, 38 yaşlı Nübar Yusifova, övladları 16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli ( hər ikisi qız) və 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.

Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


SON XƏBƏRLƏR

04 Fevral 2026