• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu” dəyişib

CƏMİYYƏT

14 Aprel 2025 | 15:11

“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu” dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu”nda dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı nazir nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti”nin IV bölməsində qeyd olunan mallarla yanaşı kosmik fəzaya, kosmik obyektlərə hər hansı siqnal, səs və ya təsvir ötürən əşyalar da bu siyahıya əlavə edilib.

Bundan başqa, qəza yerini göstərən – peyk radiomayak stansiyası bu nomenklaturadan çıxarılıb.

Nazirlik Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


SON XƏBƏRLƏR

15 Aprel 2025