• Bakı C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Netanyahu ifadə vermək üçün məhkəməyə gəlib

SİYASƏT

27 Yanvar 2025 | 16:12

Netanyahu ifadə vermək üçün məhkəməyə gəlib

İsrail Baş naziri Benyamin Netanyahu ona qarşı irəli sürülən rüşvətxorluq, dələduzluq və ictimai etimaddan sui-istifadə ilə bağlı üç iş üzrə yenidən ifadə vermək üçün Tel-Əviv Dairə Məhkəməsinə gəlib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, Baş nazirin işləri üzrə dinləmələr Netanyahunun səhhəti ilə bağlı təxirə salınmasından sonra təxminən bir aylıq fasilədən sonra bərpa olunub.

Qeyd edək ki, Netanyahunun bir neçə iş üzrə ifadə verdiyi məhkəmə prosesi dekabrın 10-da Təl-Əviv Dairə Məhkəməsində başlayıb. 21 noyabr 2019-cu ildə İsrailin baş prokuroru Netanyahuya üç iş üzrə rüşvətxorluq, dələduzluq və ictimai etimaddan sui-istifadə ittihamları irəli sürməyə qərar verdiyini açıqlayıb. O vaxtdan bəri Baş nazirin özü ona qarşı irəli sürülən bütün ittihamları dəfələrlə rədd edib.


SON XƏBƏRLƏR

28 Yanvar 2025