• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Odessada hakimiyyəti ələ keçirməyə hazırlaşan dəstə ifşa olundu

DÜNYA

23 Sentyabr 2024 | 13:55

Odessada hakimiyyəti ələ keçirməyə hazırlaşan dəstə ifşa olundu

Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyatı və Dövlət Təhqiqat Bürosu Odessada Rusiya hərbi kəşfiyyatının əməliyyat-döyüş dəstəsini zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyası Baş Qərargahının Baş İdarəsinin döyüş dəstəsi Odessa vilayətində dövlət qurumlarını güc yolu ilə ələ keçirməyə hazırlaşırdı. 70-dən çox odlu silah, zirehli geyim, dəbilqə, ballistik eynəklər və digər taktiki avadanlıqlar müsadirə edilib.

Qeyd olunub ki, dəstənin rezidenti müvəqqəti olaraq işğal olunmuş Krımın sonradan Odessaya köçən 49 yaşlı sakini olub. Müharibənin əvvəlində o, bir neçə ictimai təşkilat adı altında döyüş dəstələri yaratmağa başlayıb.

Ümumilikdə dəstə 20-dən çox insanı öz sıralarına cəlb edib. Onlarla bağlı təhqiqat aparılır və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026