Dekabrın 29-da Milli Məclis payız sessiyasının son iclasını keçirib. Beləliklə də, deputatlar tətilə çıxıblar.
Deputatların tətili yanvarın 15-də başa çatır.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, yaz sessiyasının ilk iclası adətən fevralın 1-də keçirilir.
Lakin bu dəfə fevralın 1-i şənbə gününə təsadüf edir.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Yəni qanunverici orqanın yaz sessiyasında ilk plenar iclasının fevralın 3-də baş tutacağı gözlənilir.