Mənim Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustinlə açıq, şəffaf münasibətlərim var, “çörək kəsmişik”, amma bəzi Rusiya telekanalları bütün sərhədləri keçib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.
“Onların (yayımının) dayandırılması barədə qərar vermək istəməzdim, amma Rusiyada bizi bu addımı atmağa məcbur edən qüvvələr var və mən bunu istəməzdim”, - Ermənistan Baş naziri qeyd edib.