• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Prezident Viktor Orbanı Azərbaycana səfərə dəvət edib

SİYASƏT

20 Avqust 2023 | 19:48

Prezident Viktor Orbanı Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycana səfərə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, liderlərin görüşü Budapeştdə baş tutub.

Dəvət minnətdarlıqla qəbul olunub.

Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edilib, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunulub, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026