• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Qarabağ” liqada XXI əsrin rekorduna imza atdı

İDMAN

18 Mart 2024 | 11:03

“Qarabağ” liqada XXI əsrin rekorduna imza atdı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin və XXI əsrin rekordudur.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.

Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026