Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı itkin düşənlərin və ölənlərin cəsədlərinin axtarışı bərpa olunub.
Bu barədə erməni KİV-lər yazıb. Məlumata görə, xilasetmə qrupu Füzuli bölgəsində axtarış işləri aparır.
Qeyd edək ki, axtarışlar mayın 4-də dayandırılmışdı. Atəşkəs bəyanatı imzalanandan bəri ümumilikdə Qarabağda 1553 erməninin cəsədi və qalıqları tapılıb./musavat/
















